Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Dekabrın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilibb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında, Qax, Balakən, Şəmkir, Şabran, Siyəzən, Tovuz, Gəncə, Goranboy, Naftalan, Gədəbəy, Daşkəsən, Saatlı, Sabirabad, Hacıqabul, Quba, Qusar, Qobustan, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı, Yevlax, Bərdə, Tərtər, Ağdam, Salyan, Şirvan, Neftçala, Xızı və Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Şəki, Zaqatala və Mingəçevirdə isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 16-da gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda, ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var.
Hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir.