Bakının Sabunçu rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçmək istəyən piyada - 1992-ci il təvəllüdlü Vahidova Günel Vahid qızını vurub.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sağ bazunun və çanaq oynağının əzilməsi diaqnozu qoyulub.
Baş verən digər yol qəzasında isə iki nəfər xəsarət alıb.
Xəzər rayonu Buzovna kəndində hərəkətdə olan “QAZ 51” markalı minik avtomobilinin sürücüsü 1955-ci il təvəllüdlü Amayev Zaur Lətif oğlu anidən idarəetməni itirib. Nəticədə avtomobil aşıb.
Qəza zamanı sürücü və avtomobildə olan sərnişin 1987-ci il təvəllüdlü Əliyev Elçin Mahmud oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar 3 saylı Şəhər Kliniki Mərkəzinə aparılıb. Hadisə nəticəsində Zaur Amayev sağ dirsəyindən, Elçin Əliyev isə döş qəfəsindən xəsarət alıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu