Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Əbdülrəhim bəy Haqverdiyev küçəsi, 22-24 ünvanında baş verib.
İlkin məlumatlara görə, qəza “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.
Bundan sonra avtomobil “Mercedes ML” markalı maşına dəyərək yolun qırağındakı binaya çırpılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, “Mercedes ML” markalı avtomobilin sürücüsü Təcili tibbi yardımla xəstəxanaya aparılıb.
Hər iki maşına ciddi ziyan dəyib.