Paytaxtda 23 yaşlı gənc itkin düşüb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, aprelin 20-də Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən binaların birində yaşayan 1997-ci il təvəllüdlü K.Soltanov evdən çıxıb və geri qayıtmayıb.
Bu barədə ötən gün polisə onun valideyni tərəfindən ərizə ilə müraciət daxil olub.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli