Dünən günorta saatlarında paytaxtın Bakıxanov körpüsünün yaxınlığındakı ərazidə qəribə hadisə baş verib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, adı məlum olmayan gənc qız küçədə sevgilisi ilə gəzərkən gözlənilmədən huşunu itirib.
Özünə gəldikdən sonra isə qışqırmağa və bərkdən ağlamağa başlayan gənc qızı sakitləşdirmək mümkün olmayıb.
Sevgilisi yoldan keçənlərin yardımı ilə gənc qızı özünə gətirməyə çalışsa da bu, mümkün olmayıb.
Hadisə yerinə təcili yardım çağırılıb və qız xəstəxanaya aparılıb.
www.oxu.az