“Qızıl qaya” şadlıq sarayının rəhbərliyi orada həmcinslərin toyu barədə yayılan video və fotoşəkillərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, rəhbərlik modern.az-a bildirdi ki, şadlıq sarayında belə bir toy olmayıb:
“Bizə müraciət edən şəxslərlə yaşlı bir qadının yubileyinin keçirilməsi üçün razılaşmışdıq. Mərasim üçün hazırlıqlar görüldü, məclis başladı.
Bir müddət sonra həmin “kişi” təmtəraqlı geyimdə məclisə təşrif buyurdu. Biz şadlıq sarayı olaraq onu məkanımızdan çıxara bilməzdik. Çünki, o, ev sahibinin ad gününə dəvətlilər içərisində idi”.
Onun sözlərinə görə, daha sonra həmin gəlin qiyafəsində olan “kişi” masada əyləşərək insanlarla şəkil çəkdirməyə başlayıb:
“Bu da həmin şəkillərdən bəziləridir. Bizim əlimizdə həmin ad günü tədbirinin videogörüntüsü də var. Mətbuatda yayılanlar reallıqdan uzaq, hazırlanmış şəkildə cəmiyyətə təqdim olunub”.
E.Ə.
www.oxu.az