“Bakıda gəzinti” filmi işıq üzü görüb. Bu, Azərbaycan haqqında sənədli layihənin yeddi seriyasından birincisidir.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, 50 dəqiqəlik film Azərbaycanın paytaxtı haqqında, iki milyon əhalisi ilə sürətli inkişafından, ənənələrin qorunmasının gələcəyə doğru addımlamaqla uzlaşmasından danışır.
“Əsrlərin müdrikliyi və yeniliklərin sevinci Bakıda üzləşir”, - deyən filmin aparıcısı, Bakını Cənubi Qafqazın incisi adlandırır.
“Bakıda gəzinti” filmi Azərbaycan Turizm Assosiasiyası və beynəlxalq telekanal Russian Travel Guide-nin (RTG) birgə layihəsi çərçivəsində çəkilib. Layihə səyahətlərə həsr edilib və dünyanın 42 ölkəsində rus, ingilis və türk dillərində yayımlanır.
Azərbaycanın Turizm Assosiasiyası Facebook səhifəsində RTG telekanalına Azərbaycan turizminin inkişafı üçün sərf etdiyi əməyə görə təşəkkürünü bildirib.
Bu layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanıb.