“28 Cinema” kinoteatrı Azərbaycanda “Yaponiya Film Festivalı” keçirir.
Hər zaman müxtəlif film festivalları və tədbirləri təşkil edən “28 Cinema” kinoteatrı Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi və “JTİ” şirkətinin sponsorluğu ilə Azərbaycanda “Yaponiya Film Festivalı” keçirəcək. Festival 20-23 iyun tarixlərində “28 Cinema” kinoteatrında keçiriləcək.
Oxu.Az xəbər verir ki, iyun ayının 19-da kinoteatr festivalın rəsmi açılışı çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Konfransda “JTİ” şirkətinin və Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edəcək.
Festivala giriş pulsuzdur. Seansların proqramı haqqında ətraflı məlumat 28cinema.az saytında və kinoteatrın rəsmi Facebook səhifəsində yerləşdiriləcək.
Festivala aşağıdakı filmlər daxildir:
ハッピーフライト
Xoşbəxt uçuş (Rejissor: ŞinobuYaquçi) - Treyler
君に届け
Məndən sənə (Rejissor: Naoto Kumazava).
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.