İş günün sonununda Bakının mərkəzi küçələrində güclü tıxaclar müşahidə olunur.
Oxu.Az xəbər verir ki, Beşmərtəbə dairəsində böyük tıxac yaranıb.
Füzuli, Şəmsi Bədəlbəyli, Mirzəağa Əliyev və Şıxəli Qurbanov küçələrindən Füzuli meydanı istiqamətində hərəkət praktiki olaraq dayanıb.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyyə olunur.
Elvin Əhmədov
www.oxu.az