Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən yaşayış evində baş vermiş yanğınla bağlı təfərrüat məlum olub.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Sakinlər hadisə ilə bağlı Baku TV-yə danışıblar.
"Yanğının baş verdiyi evdə yaşayış yoxdur. Yanğınsöndürənlər bir az gec gəlsəydilər, alov yaşayış olan evlərə də keçə bilərdi. Həmin ərazi plana düşdüyü üçün tikinti şirkəti bu evləri söküb. Buranı birdəfəlik alsaydılar, insanların canı qurtarardı", - onlar söyləyiblər.
Ətraflı süjetdə:
Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən tam söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yaşayış evində yanğın baş verib və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
"Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Həmçinin Nazirliyin qüvvələri tərəfindən yanğın yerində sakinlərin təxliyəsi həyata keçirilir" , - məlumatda qeyd olunub.
Bakıda şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.