Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Pakistan ilki gerçəkləşdirdi: Döyüş şəraitində birinci dəfə "Rafale" qırıcısı vuruldu
"Fransanın "Rafale" qırıcı təyyarəsi ilk dəfə döyüş şəraitində məhv edilib".
Oxu.Az xəbər verir ki, bunu CNN telekanalına Fransa kəşfiyyatının yüksəkvəzifəli əməkdaşı Pakistanın Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Rafale" qırıcısını vurması barədə danışarkən deyib.
Onun sözlərinə görə, mayın 7-nə keçən gecə Hindistanın hava hücumu zamanı Pakistanın Hava Hücumundan Müdafiə qüvvələri "Rafale" qırıcısını vurublar:
"Bu, Fransanın müasir qırıcı təyyarəsinin döyüşdə itirildiyi ilk haldır. Fransa hökuməti Pakistanın bir gecə ərzində daha çox "Rafale" vurub-vurmadığını araşdırır".
Qeyd edək ki, Pakistanınn Baş naziri Şahbaz Şərif Hindistana məxsus üç "Rafale" qırıcısının vurulduğunu bildirib.
"Hindistan-Pakistan gərginliyi" teqi üzrə xəbərlər
- Pakistan və Hindistan razılığa gəldilər
- Pakistan institutu Azərbaycana minnətdarlıq fləşmobu təşkil edib
- Pakistandan cavab tədbiri - Hindistanlı diplomata 24 saat vaxt verildi
- Pakistan ölən və yaralananların sayını açıqladı
- Pakistan rəsmisi: "Hindistanla danışıqlarda üç əsas məsələni müzakirə etməyə hazırıq"