Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunda çempionluğa iddialı "Ən-Nəsr" öz meydanında lider "Əl-İttihad" klubu ilə görüşüb.
Oxu.Az xəbər verir ki, azarkeşlər matçda möhtəşəm geridönüşə şahid olublar.
Belə ki, meydan sahiblərinin ilk hissədəki 2 qoluna qonaqlar ikinci hissədə 3 dəqiq zərbə ilə cavab veriblər - 2:3.
Ronaldu-Benzema dueli kimi nəzərdən keçirilən oyunda fransız fərqlənsə də, portuqaliyalı heç nə ilə yadda qalmayıb.
Hazırda "Ən-Nəsr" 60 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. 11 xal irəlidə olan "Əl-İttihad" isə liderliyini möhkəmləndirib.