Bakı şəhəri, Nərimanov rayonunda dəmir tullantılarının qəbulu məntəqəsinin ərazisində məişət tullantıları və rezin qalıqları (şinlər) yanır.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
13:44
Bakının Nərimanov rayonunda güclü yanğın başlayıb.
Hadisə şahidlərin Oxu.Az-a verdiyi məlumata görə, yanğın rayonun Keşlə qəsəbəsində yerləşən zavodların birində baş verib.
E.Ə.
www.oxu.az