Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakıda ona məxsus məktəbdə yanğının baş verməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, şirkətdən bildirilənə görə, SOCAR-a məxsus heç bir təhsil müəssisəsində yanğın baş verməyib.
Təhsil müəssisəsinin binasının arxasında - tikinti aparılan sahədə tullantılar yandırılıb. Həmin yanğının tüstüsü isə binaya tərəf gəlib. Buna görə də SOCAR-a məxsus təhsil müəssisəsindəki şəxslər evakuasiya ediliblər.
Yanğın artıq lokallaşdırılıb.(Trend)
14:10
Bakıda uşaq bağçası yanır.
Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Bibiheybət məscidinin yaxınlığında fəaliyyət göstərməyən uşaq bağçasında qeydə alınıb.
Yanğın bağçanın alkapondan olan üzlük hissəsində qeydə alınıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dörd yanğınsöndürən avtomobili və canlı qüvvəsi alovun söndürülməsi istiqamətində iş aparır.
14:00
Bakıda tikilən məktəbdə yanğın baş verib.
Oxu.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, hadisə 20-ci sahə adlanan ərazidə Neft şirkətinə məxsus məktəbdə baş verib.
Hadisə ilə bağlı əraziyə çoxlu sayda yanğınsöndürən maşınlar göndərilib.