“Active Mom’s Club” “Ana südü ilə qidalanmaya dəstək” adlı sosial layihəsi çərçivəsində hamilə qadınlar və gənc analar üçün informativ maarifləndirici seminarlar təşkil edir.
Oxu.Az xəbər verir ki, analar cəmiyyətinin əsas məqsədi bu şəkildə seminarlar təşkil etməklə peşəkar mütəxəssislərdən körpələr haqqında lazımi biliyi, məlumatı gənc analara ötürməkdir. Bütün seminarlar çərçivəsində maraqlı suallar verərək ixtisaslı konsultasiya əldə etmək mümkündür. Seminarda iştirak ödənişsizdir.
Faydalı görüşləri pediatr, perinatal psixoloq, geştal terapevt Samirə Axundova keçirdi. İlk görüşün mövzusu “Yenidoğulan körpəniz necədir?” mövzusuna həsr olundu. Seminarın gedişatında analar və körpələrin hamiləlik dövründə və doğuşdan sonrakı sağlamlığı, anaların və körpələrin psixoemosionallığı kimi müxtəlif aspektli mövzulara toxunuldu. Hər ay gənc analar və hamilə qadınlar üçün aktual mövzuları əhatə edəcək seminarlar təşkil ediləcək.
Qeyd edək ki, “Active Mom’s Club” ana südü ilə qidalanmaya dəstək sosial layihəsinin icrası üçün ötən ilin sonunda təşəbbüs göstərib. Layihənin əsas məqsədi cəmiyyətin diqqətini mühüm məsələyə çəkməkdir. Belə ki, körpələrin ana südü ilə qidalanması olduqca faydalıdır. Bu problem Azərbaycanda olduqca aktualdır və problemin cəmiyyətə, əsasən də, gənc valideynlər vasitəsi ilə ötürülmə kimi yeni üsullarla çatdırılmasına ehtiyac var.
Övlad sahibi olmaq istəyən qadınlar, hamiləlik dövrünü yaşayanlar və yeni ana olanlar layihədə iştirak üçün dəvətlidir. Arzu edənlər seminarda iştirak üçün info@activemoms.club elektron ünvanına məktub yaza bilərlər.
Layihə haqqında məlumatı klubun səhifələrindən əldə edə bilərsiniz:
Qapalı qrup:
https://www.facebook.com/groups/activemomsclub/
Şəxsi səhifə:
https://www.facebook.com/ActiveMomsClub/
A.S.
www.oxu.az