Buzovna qəsəbəsində park dağılaraq heykəl yol kənarına atılıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, heykəl vaxtilə Buzovna qəsəbəsinin mərkəzində park içərisində yerləşdirilib.
Abidə II Dünya müharibəsində həlak olmuşların şərəfinə ucaldılıb. Qəsəbə sakinlərinin dediyinə görə, bu abidə fəxri qonaqların, məktəblilərin, müharibə veteranlarının ziyarətgah yeri olub. Ancaq sonradan onun yeri dəyişdirilərək park ərazisindən uzqlaşdırılıb. Heykəlin yerini bir neçə dəfə dəyişərək yol kənarında nəzarətsiz bir yerə atıblar.
Heykəlin niyə nəzarətsiz halda yol kənarına atıldığını Xəzər Rayon İcra Hakimiyyətindən öyrənməyə çalışdıq. İcra başçısının müavini Vaqif Həsənov həmin abidənin nəzarətdə olduğunun deyərək əlavə etdi ki, hazırda qəsəbənin mərkəzində II Dünya müharibəsində həlak olmuşların şərəfinə böyük bir park salınır və həmin parkda da yeni abidə qoyulacaq.
Sonda qurum rəsmisi abidənin restovrasiya edilərək müvafiq bir yerə yerləşdiriləcəyini deyib.