Türkiyədə yaşayan həmyerlimiz, müğənni İradə İbrahimovadan xəbər var.
Oxu.Az xəbər verir ki, müğənninin Türkiyənin “Promore Prodüksiyon”la uzun sürən əməkdaşlığı öz bəhrəsini verəcək.
Artıq bir sıra yeniliklərə imza atan İradə xanımın bu silsilədən ilk təqdim edəcəyi albomudur. Oktyabr ayına nəzərdə tutulan albom haqqında sənətçinin Türkiyədəki mətbuat əlaqələndiricisi müvafiq ünvanlara məlumatı paylaşıb. Artıq radio dalğaları sənətçimizin musiqi marketlərinə çıxarılacaq “Olmamalıydı” adlı albomundan məlumatlıdırlar. Albomun ilk çıxış mahnısı olan “Olmamalıydı”nın söz və musiqi müəllifi Şəhrazat, aranjemanı isə Ozan Çolakoğluna məxsusdur. Bir çox sürpriz ismin yer aldığı mahnılar toplusunun musiqi direktoru isə İsra Gülümsərdir.
Xatırladaq ki, eyni adlı mahnıya bir müddət öncə Gülşən Aybaba klip çəkib. 16 saata tamamlanan ekran işi 40 nəfərdən ibarət heyətlə Kilyosta çəkilib. Yaxın zamanlarda yerini alacaq “Olmamalıydı” adlı mahnı ilə İradə İbrahimova Türkiyədə iddialı başlanğıc etməyə hazırlaşır.
Bu barədə Türkiyənin SözMuzik.com portalı da xəbər paylaşıb.
(http://sozmuzik.com/index.php?name=News&file=article&sid=3346)
Aytən Sadıqzadə