Bakıda kommunal sistemi fərqli və hətta qeyri-adi sayıla biləcək binalar az deyil. Bunlardan bəziləri müsbət, bəziləri isə mənfi mənada fərqlənir.
Oxu.az Milli.Az-a istinadən xəbər verir ki, bu baxımdan paytaxtın Nərimanov rayonunda, metronun “Nəriman Nərimanov” stansiyasına yaxın ərazidə, Təbriz və Aşıq Molla Cümə küçələrinə yaxın binalardan birinin xarici su şəbəkəsi maraq doğurmaya bilmir. Su şəbəkəsi ilk baxışdan hörümçək torunu xatırladır və heç də xoş təəssürat bağışlamır.

C.İ.