Dünən “28 May” stansiyasının yaxınlığında hüquq müdafiəçisi Oktay Güləliyevin vurulma anı kameralara düşüb.
Oxu.Az xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən 47 yaşlı Güləliyev Oktay Əligüşay oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həmin görüntüləri təqdim edirik:
Bakıda hüquq müdafiəçisini avtomobil belə vurdu - YENİLƏNİB + FOTO/VİDEO
29 oktyabr, 23:16
Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza metronun “28 May” stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Güləliyev Oktay Əligüşay oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra o, özəl xəstəxanaların birinə aparılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu