Bu gün axşam saatlarında 20 yanvar metrostansiyası yaxınlığında qəza baş verib.
Hadisə şahidi Sakif Səttarovun Baku TV-yə verdiyi məlumata görə, qəzaya səbəb Daewoo Nexia avtomobili olub.
Belə ki, həmin avtomobil sürət həddini aşaraq zəncirvari qəza törədib.
Hadisə nəticəsində dörd avtomobilə ciddi ziyan dəyib, yol nişanı aşıb. Qəzaya səbəb olan Daewoo Nexia markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Göndərdi: Sakif Səttarov