Bakıda metronun "Memar Əcəmi" stansiyası - Binəqədi gölü marşrutu üzrə hərəkət edən 170 saylı avtobusun şüşəsi qırılıb.
Oxu.Az xəbər verir ki, sərnişinlər avtobusun şüşəsi qırılmış halda hərəkət etməsinin videosunu çəkərək sosial şəbəkədə paylaşıblar.
Daşıyıcı şirkət "Monello" MMC-nin icraçı direktoru Qurbanəli İsmayılov Oxu.Az-ın məsələ ilə bağlı sorğusuna cavabında bildirib ki, yaranan problem dərhal aradan qaldırılıb və avtobusun hərəkəti bərpa edilib:
"Şüşə sərnişinin ehtiyatsızlığı səbəbindən yerindən oynayıb. Sürücü hərəkət zamanı problem yaşanmaması üçün şüşəni çıxarıb və sərnişinləri növbəti dayanacaqda düşürüb".
Q.İsmayılov qeyd edib ki, marşrut avtobusu təmir edildikdən sonra nəqliyyat vasitəsi xəttə qaytarılıb.
Aytac Qasımova
Rəylər