Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Mançester Yunayted"in bazası ağ divarlarla əhatələndi
"Mançester Yunayted"in bazası ətrafında klubun məşqlərini gizli saxlamaq üçün divar hörülüb.
Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, baş məşqçi Erik ten Haq məşqləri kənar gözlərdən gizlətmək və komandanın oyunçularını qorumaq üçün divar hörülməsini istəyib.
Nəhəng ağ divar iki həftə əvvəl quraşdırılıb və kluba 200 min funt-sterlinqə başa gəlib.
Yeni rəhbərliyin sərt xərcləri azaltma tədbirləri tətbiq etməsi fonunda divarın qiymətinin klub işçiləri arasında çaşqınlıq yaratdığı bildirilib. Belə ki, daha əvvəl klub 250 əməkdaşı işdən çıxarıb.
"Mançester Yunayted FK" teqi üzrə xəbərlər
- Pol Poqba sabiq komandasına qayıdır
- "Mançester Yunayted" Ruben Amorimlə də yolları ayırır
- Kriştianu Ronaldunun 76 milyon dollarlıq təyyarəsinin pəncərəsində çat yaranıb
- "Mançester Yunayted"dən son 51 ilin ən pis göstəricisi
- İngiltərə Premyer Liqası: "Tottenhem" - "Mançester Yunayted" matçının taleyini bir qol həll etdi
Ən çox oxunanlar