Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.
Oxu.Az xəbər verir ki, 1979-cu il təvəllüdlü Məmmədov Ağadadaş Nizami oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək qəza törədib.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona başın təpə nahiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub.
Kamil Əmirli
Elşad Mətləboğlu