Paytaxtın Nəsimi rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza Abbasqulu Ağa Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında qeydə alınıb.
Belə ki, “Toyota” və “Mercedes” markalı nəqliyyat vasitələri toqquşub. Hadisə nəticəsində bir nəfər - “Mercedes”in sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli