Xəzər rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Qala qəsəbəsində 2 minik avtomobili toqquşub.
Nəticədə avtomobillərdən birindəki sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərli Ağasəlim Ramin oğlu xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu