Son bir sutka ərzində Bakıda iki intihara cəhd hadisəsi qeydə alınıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsində kirayədə yaşayan 2001-ci il təvəllüdlü Göyçay rayon sakini Xəyalə Aldəmirova venalarını kəsib. Xoşbəxtlikdən o, sağ qalıb. 19 yaşlı qızı intihara sövq edən səbəb rayon prokurorluğu tərəfindən müəyyənləşdirilir.
Qaradağ rayonunun Qobustan qəsəbəsində 1988-ci il təvəllüdlü yerli sakin Fərman Eyvazov intihara cəhd edib. Özünü qarın nahiyəsindən bıçaqla yaralayan kişi Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Rayon Prokurorluğu faktı araşdırır.
Ramella İbrahimxəlilova