Dekabrın 7-də Bakıda iki nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata əsasən, Bakının Binəqədi rayonunda yaşayan Çimnaz Şaşayeva və Biləcəri qəsəbəsində yaşayan Qətibə Ələsgərova evlərində dəm qazından zəhərlənərək ölüblər.
DİN faktlarla bağlı araşdırmalar aparır.