Bakıda Nizami metrosu yaxınlığında yerləşən yaşayış binalarının birində yaşayan iki afrikalının Eebola virusunun daşıyıcıları olması ilə bağlı xəbərlər yayılıb.
Oxu.Az xəbər verir ki, AZXEBER.COM-un məlumatına görə, bu barədə Facebook sosial şəbəkəsində məlumatlar yayılıb.
Sözügedən məlumatı dəqiqləşdirmək məqsədi ilə Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Anar Qədirli ilə əlaqə saxladıq. A.Qədirli bildirib ki, nazirliyə bu barədə məlumat daxil olmayıb.
Amma eyni zamanda, müsahibimiz araşdırmağa çalışdığımız məlumatın yoxlanılacağını da bildirib. Səhiyyə Nazirliyinin nümayəndəsi az sonra AZXEBER.COM-a verdiyi açıqlamasında sözügedən məlumatın təsdiqlənmədiyini söyləyib.
Xatırladaq ki, Ebola ilə bağlı Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən vaksinlər və həkimlər üçün xüsusi geyimlər gətirilib. Qeyd edək ki, dünyada bu virusdan ölənlərin sayı artıq 5 minə yaxınlaşıb.
E.Ə.
www.oxu.az