1 iyun 2017-ci il tarixdən başlayaraq Bakı şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” (GİİM) İctimai Birliyinin dəstəyi ilə İntellektual oyunlar üzrə “Caspian Cup” VI Beynəlxalq turniri keçirilir. Bu gün isə turnirin rəsmi açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, 5 İyun tarixinədək davam edəcək oyunlarda ümumilikdə 7 ölkədən (Azərbaycan, Estoniya, Latviya, Russiya, Özbəkistan, Qazaxıstan, İsrail) 32 komanda olmaqla 200-dən artıq gənc iştirak edir.
Turnirin proqramında “Nə? Harada? Nə zaman?” oyunu, “Breyn-rinq” və “Xəmsə” Milli intellektual oyunu üzrə yarışlar keçirilməsi nəzərdə tutulub.
Turnirin açılış mərasimindən fotoreportajı təqdim edirik :
Foto : İsmayıl Nur