Bakıda intihara cəhd hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Bakının Nəsimi rayonunda, 3-cü mikrorayon dairəsi üzərindəki körpüdə baş verib.
Kimliyi məlum olmayan şəxs əlindəki bıçaqla özünə xəsarət yetirmək istəyib.
İnsident baş verən əraziyə FHN-nin xüsusi xilasetmə qrupu cəlb olunub.
Hadisə səbəbindən sözügedən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Sözügedən şəxs son anda polis tərəfindən xilas edilib.