Abşeronda özünü binadan atmaq istəyən şəxsin kimliyi açıqlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 12 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü Elnur Mehman oğlu Salahovdur.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.
E.Salahov intihara cəhd etməsinə səbəb kimi maddi vəziyyətinin pis olmasını göstərib.
14:57
Abşeronda bir nəfər intihar etmək istəyir.
Oxu.Az xəbər verir ki, Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Masazır qəsəbəsində, qəsəbə bələdiyyəsinin yaxınlığında yerləşən 12 mərtəbəli binanın damına çıxan kişi özünü binadan atacağını deyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları gəlib.
Hazırda intihara cəhd edən şəxslə danışıqlar aparılır.