Bakıda intihara cəhdin qarşısı alınıb.
Bu barədə Oxu.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin intihar məqsədilə üçmərtəbəli fərdi yaşayış evinin pəncərəsinə çıxması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, intihara cəhdin qarşısı alınıb, vətəndaş aidiyyəti üzrə təhvil verilib.