Xilasedicilərin ikinci cəhdi uğurla başa çatıb.
Qız özünə gəlməmiş, xilasedicilər ona yaxınlaşıblar, qızı tutaraq, aşağı endiriblər.
Bu zaman qız müqavimət göstərib, qışqırmağa və çırpınmağa başlayıb. İntihar etməyə çalışan qız izahat vermək üçün Binəqədi rayon xəstəxanasının 5-ci bölməsinə aparılıb.
17:40
Saat 17:40 üçün qız xilasedicilərin sözlərinə qulaq asaraq, binanın kənarından bir qədər geri çəkilib. Lakin bir neçə saniyə sonra o, yenidən əvvəlki yerinə qayıdıb və bu dafa onu izləyən kütləyə arxasını çevirərək dayanıb.
Bakının Binəqədi rayonunda qız özünü 18-ci mərtəbədən atmaqla hədələyir.
Binəqədi RPİ-nin əməkdaşları bildiriblər ki, qız bu sahədə yaşamır. Orada onu heç kim tanımır.
Hazırda qızın damında dayandığı hündürmərtəbəli bina tam məskunlaşmayıb. Naxçıvani küçəsində 30/68 saylı binanın yuxarı mərtəbələrindəki mənzillər boşdur. Bu hal yerli sakinləri çox narahat edir, çünki gecələr, elə gündüz vaxtları da həmin ərazidə şübhəli şəxslər toplaşırlar.
17:20
Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin əməkdaşları gəliblər.
Bu dəqiqələrdə Bakının Binəqədi rayonunun sakinləri diqqətlə OLİMP tikinti şirkəti tərəfindən Dərnəgül qəsəbəsində, “Elit” ticarət mərkəzinin yaxınlığında yerləşən 18 mərtəbəli yaşayış binasının damında dayanan 20 yaşlı qızı izləyirlər.
Bu barədə Vesti.Az-a hadisənin şahidləri xəbər veriblər.
Qız özünü binadan atmaq istəyir. Hadisə yerinə Binəqədi RPİ-nin 5-ci bölməsinin əməkdaşları gəliblər.
İnformasiya yenilənəcək.
http://vesti.az/upload/images/news/2013/may/29/big/ca4fdb69858a0be187ea2d8bf7f72fd8.jpg
www.vesti.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin