“Qalatasaray” və “Fənərbağça” komandaları arasında bu il avqustun 11-də Türkiyə Superkuboku uğrunda keçiriləcək oyunun Bakıda təşkil olunması ilə bağlı Türkiyə Futbol Fedrasiyası AFFA-ya rəsmi məktub ünvanlayıb.
AFFA tərəfindən bu müraciətə iyunun 3-dək cavab verilməsi xahiş olunub.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə mətbuatı da superkubokun Bakıda keçiriləcəyi ilə bağlı xəbər yaymışdı.
www.affa.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin