Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda vətəndaşları intihara təhrik edən qəhvə satan şəxs barədə tədbir görülüb
"Paytaxtın Yasamal rayonunda vətəndaşları intihara təhrik edən qəhvə satan şəxs barədə tədbir görülüb".
Bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında deyib.
"Polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbir görülməklə neqativ hal aradan qaldırılıb.
Həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub", - deyə E.İbrahimov qeyd edib.
Əzizə İsmayılova
12:32
Bakıda sakinləri ölümə səsləyən köşklər fəaliyyətə başlayıb.
Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonunda vətəndaşları intihara təhrik edən qəhvə köşkləri fəaliyyətə başlayıb. Köşklərdən biri əməkdaşlarımız tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında, Hüseyn Cavid parkı ilə üzbəüz görüntülənib.
Əldə edilən məlumata əsasən, həmin səyyar satış məntəqəsi artıq şəbəkə şəklində fəaliyyət göstərir. Köşkün üzərindəki yazıları diqqətlə oxuduqda görünür ki, paytaxtın mərkəzi, ən işlək küçələrindən biri, üstəgəl gənclərin, tələbələrin ən çox istifadə etdiyi ərazidə intiharın təbliğatı ilə məşğul olunur.
Menyuda müştərilərə təqdim edilən içki "intihar kofe" adlandırılıb. "Arauşağı" adı altında fəaliyyəti göstərən qəhvə şəbəkəsi köşkə müştəri cəlb etmək üçün seçdiyi uğursuz şüar isə "bu gün intihar edim, yoxsa kofe içim?" olub. Maraqlısı da odur ki, artıq bir müddətdir işləyən səyyar satış köşkünə, hətta AMEA-dan belə reaksiya verilməyib.
