Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda iqlim dəyişmələrinə qarşı mübarizədə ali təhsilin rolu müzakirə olunub
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yaşıl zonada "The Role of Higher Education in Addressing Climate Change: Leadership, Innovation and Impact" ("Ali təhsilin iqlim dəyişikliyinin həllində rolu: Liderlik, innovasiya və təsir") adlı tədbir keçirilib.
Oxu.Az-ın məlumatına görə, panel iclası BMT-nin Tədris və Elmi-Tədqiqat İnstitutu ("Unitar") tərəfindən CIFAL İstanbul və CIFAL Londonla birgə təşkil edilib.
Giriş sözü ilə çıxış edən "Unitar"ın nümayəndəsi Ebru Canan-Sokullu vurğulayıb ki, iqlim dəyişikliyi ilə bağlı görünməmiş qlobal çağırışlar şəraitində ali təhsil müəssisələrinin rolu getdikcə artır. Məhz universitetlər liderlərin yetişdirilməsi, innovasiyaların hərəkətverici qüvvəsi və davamlı inkişaf ideyalarının daşıyıcısı olur.
Tədbir ekspertləri bir araya gətirərək universitetlərin tədqiqatlar, siyasi müzakirələr, davamlı inkişaf və ekoloji liderlik sahəsində gələcək liderlərin hazırlanması vasitəsilə iqlim fəaliyyətini necə stimullaşdıra biləcəyini müzakirə etmək üçün təşkil edilib.
Moderator kimi "Unitar"ın nümayəndəsi Daniel Nazarov çıxış edib. Panel iclasında Bahçeşehir Universitetinin nümayəndəsi professor Esra Hatipoğlu, "Gedu Global Education"ın təsisçisi Vişvacit Rana və "CIFAL York"dan Peyman Naeemi iştirak ediblər.
İştirakçılar belə qənaətə gəliblər ki, universitetlər tədqiqatların aparılması, siyasi müzakirələrin inkişafı və iqlim dəyişikliyinin mürəkkəb problemlərini həll edə biləcək gələcək liderlərin hazırlanması sahəsində ön sıradadırlar.
Əlavə edək ki, ilk günün proqramı ilə bu linkə keçid edərək daha ətraflı tanış ola bilərsiniz.
Hazırda ekspertlər panel çıxışları edirlər.
Daha çox foto burada: PhotoStock.az
Şəhriyar Səmədov
"COP29" teqi üzrə xəbərlər
- "Bolt Business": Azərbaycanda korporativ səfərləri yeni səviyyəyə qaldırır
- "ACWA Power" 2024-cü ilin "Fəal Xarici Şirkəti" adına layiq görülüb
- Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? - Xarici siyasətdəki uğurların səbəbi
- Prezident Arzu Əliyevanı təltif edib
- Prezident Leyla Əliyevanı təltif edib
Rəylər