Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb.
Bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
13:46
Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən hündürmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb.
Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın aşağı mərtəbələrində alovun qarşısını almaq mümkün olub, lakin yuxarı mərtəbələrdə yanğın hələ tam söndürülməyib.
13:12
Paytaxtın Xətai rayonunda hündürmərtəbəli binada baş verən yanğın aşağı mərtəbələrə keçib.
Bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.
Hadisə yerinə 6 yanğınsöndürən briqada cəlb olunub.
Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gəlib.


12:59
Bakının mərkəzində hündürmərtəbli binada yanğın başlayıb.
Oxu.Az-ın xəbərinə görə, yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
12:44
Bakının Xətai rayonunda hündürmərtəbəli binada yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, tüstülənmə binanın üst mərtəbəsində qeydə alınıb.
Bildirilir ki, hadisə yerinə hələlik yanğınsöndürənlər gəlməyib.
Foto və video: Abiddin Həşimov, Rəna Hüseynova
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Ayrılmaq istəyən sevgilisini maşında döydü
- Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı - Foto
- Azərbaycan-Hindistan münasibətlərində yeni dövr: Bakı ilə Delhini nə birləşdirir? - Foto
- Rumıniya məhkəməsində Azərbaycan izi: Bakıdakı səfirliyin adından saxta sənədlər hazırlandı
- "Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video