Bakıda işgəncəyə məruz qalan itin vəziyyəti yaxşıdır.
Bu barədə Oxu.Az-a Azərbaycan Heyvanları Xilasetmə Mərkəzindən məlumat verilib.
Mərkəzdən verilən məlumata görə, baytarlar heyvanın vəziyyətini ciddi nəzarətdə saxlayırlar:
“Bir həftəyə yaxındır it mərkəzimizdə saxlanılır. İti bizə heyvansevər bir xanım gətirib. Heyvana sistemlər köçürülür. Artıq yeməyi qaydasındadır. İtin təxminən 6 yaşı olar. Vəziyyəti ilə əlaqədar olaraq itə kimyəvi tərkibli yeməklər verməməyə çalışırıq. İndi vəziyyəti yaxşıdır və həkim-baytarın nəzarətində saxlanılır. Gələcəkdə itin gözlərinin əməliyyat edilməsi də gözlənilir”.
İtin müalicə prosesi ilə əlaqədar onkoloqlar tərəfindən analizlər götürüldüyü bildirilib. Analizlərin cavablarının nəticəsinə uyğun olaraq, cərrahi əməliyyatla bağlı yekun qərar veriləcək.
Bakıda işgəncə görən itin vəziyyəti ilə bağlı son məlumat - VİDEO
Könül Cəfərli
Rəylər