Bakıda polis əməkdaşları odlu silah taparaq götürüblər.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarında məlumat verilib.
Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində istifadə edilməyən hamamda sellofan torbada “Walther P38” tapançası tapılıb.
Silahı 31-ci polis bölməsinin əməkdaşları aşkarlayıblar. Onun ağır cinayətlərin törədilməsində istifadə olunub-olunmaması yoxlanılır.
Ramella İbrahimxəlilova