Bakıda itkin düşən qız tapılıb.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 27-ci polis bölməsi, Çevik Polis Alayı əməkdaşları tərəfindnə həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşmüş, 1996-cı il təvəllüdlü Nahidə Xasməmmədova tapılıb.
Polislər qızı ailəsinə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.