Sentyabrın 16-da evdən çıxıb bir daha qayıtmayan Salyan şəhər sakini, 1966-cı il təvəllüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu Bakıda Nəsimi polisi tərəfindən rayon ərazisində müəyyən edilərək tapılıb.
“Report” xəbər verir ki, artıq bu barədə Ə. Xudaverdiyevin ailə üzvlərinə məlumat verilib.
Qeyd edək ki, fiziki məhdudiyyətli və II qrup əlil olan Ə. Xudaverdiyev I Qarabağ müharibəsi şəhidi Rəhman Xudaverdiyevin qardaşıdır.