Bakıda itkin düşən tələbənin meyiti tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə noyabrın 16-da itkin düşən, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədovun meyiti Dənizkənarı Milli Park ərazisində aşkar edilib.
Onun ölümünün səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, A.Məmmədov noyabrın 16-da evdən internet kluba getmək adı ilə çıxıb, bir daha geri qayıtmayıb.
A.Məmmədov mobil telefonunda “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” yazıb və yazının üstünə tabut şəkli yerləşdirib.
Onun yaxınları Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib.
Asimin ölümündən əvvəl yazdığı 2 məktubu təqdim edirik.
“Aşuradan mənə nə?
Qiyamət qopdu mənimçün.
Minillik kimi keçməkdə hər saatım, hər günüm.
“Ümidim yox” dedikdə Varlığım geyindi qara
Çox asan görünür mənə
Həm Qiyamət, həm Aşura.
Deyil heç vecimə: Hücum edin şair-kafirə!
Ölüyə nə qorxu hücumdan?
Yalnız zərər yetişə kəfənə.
Bu şeir vəsiyyətimdir səndən başqa məni demək olar ki, heç kim başa düşmür. Bu həyat mənə xoşbəxt olmaq HAQQIMI tanımırsa, bir saniyə belə bu həyatda qalmaq istəmirəm! Gecən xeyrə qalsın, Qaqa. And içirəm ki, heç nə etməyəcəm. Mən ümid edirdim ki, heç olmasa sən mənim qərarımı anlayışla qarşılayacaqsan. Nə isə, boş ver. Sabah görərsən bütün qəzetlər, saytlar vay-şüvən salacaqlar ki “e bu nə dindar idi ki, intihar etdi?!” Amma vecimə də deyil”.
Asim Məmmədov sevdiyi qıza da məktub yazmışdı:
“Tamam. Senden başka cavap beklemiyordum zaten. Bütün bunları sadece olarak seni korkutmak için söyledigimi saniyorsunsa, bu gün akşam ve ya yarin Azeri basinina bak. Azerbaycanda ünlü birisi sayilmaktayim, bana bişey olursa televiziyonu bilmem, ama gazeteler mutlaka yazacaklar. Kendine iyi bak. Elveda”.