Bakının Sabunçu rayonu ərazisində yerləşən Ramanı südçülük sovxozu adlanan ərazidəki məişət tullantıları təmizlənib.
Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Ramanı qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov Oxu.Az-a açıqlamasında bildirilib ki, Sabunçu rayonunun Ramanı qəsəbəsinin “Südçülük sovxozu” adlanan ərazisindən keçən suvarma kanalı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Abşeron Suvarma Sistemləri idarəsinin balansındadır:
“Buna baxmayaraq, Ramanı qəsəbəsi üzrə nümayəndəlik tərəfindən kanalın həmin hissəsi ay ərzində iki dəfə tullantılardan təmizlənir və daimi nəzarətdə saxlanılır.
Lakin qeyd olunan ərazidə yaşayan sakinlər tərəfindən kanala məişət və digər tullantıların atılması halları təəssüflər olsun ki, hələ də davam edir. Fürsətdən istifadə edərək, bir daha sakinlərdən xahiş edirik ki, kanalın və ətraf ərazilərin təmiz saxlanılması işində Rayon İcra Hakimiyyətinə dəstək olsunlar”.
14:06
Bakıda sakinlərin yaratdığı iyrənc mənzərə müzakirələrə səbəb olub.
Oxu.Az-ın məlumatına görə, sosial şəbəkələrdə Bakının Sabunçu rayonu ərazisində yerləşən Ramanı südçülük sovxozu adlanan ərazidəki acınacaqlı mənzərənin görüntüləri paylaşılıb.
Məlumata görə, ərazidə mövcud olan kanal yerli sakinlər tərəfindən zibillik mənbəyinə çevrilib. Üstəlik ərazidə həm də üfunət iyindən də dayanmaq olmur.
Mövcud vəziyyətlə bağlı iki həftədən bir kanal təmizlənsə də, oranı təmiz görmək müşkül məsələyə çevrilib.
Sözügedən görüntüləri təqdim edirik: