Bakıda faciə baş verib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, sentyabrın 9-da Binəqədi şossesində yerləşən tikinti materialları anbarında Sumqayıt şəhər sakini Əhməd Cəfərov və Yevlax rayon sakini Aslan İlyasov, Elşad Qafarova məxsus “KamAZ” markalı avtomobildən tikinti materialları boşaldarkən yük üstlərinə aşıb.
Ə.Cəfərov hadisə yerində ölüb, xəsarət almış A.İlyasov xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az