Bakıda “KamAZ”ın aşması nəticəsində yolda yaranan problem aradan qaldırılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində olub.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev açıqlamasında bildirib ki, hadisə bugün saat 21:30 radələrində qeydə alınıb:
“Lökbatan qəsəbəsində hərəkətdə olan “KamAZ” markalı 99-RO-354 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Hadisə nəticəsində yük avtomobilində olan mişar daşı yola dağılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə dərhal Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub və yolda təhlükəsizlik təmin olunmaqla, nəqliyyatın hərəkətinin fasiləsizliyi bərpa edilib”.
R.Tağıyev onu da qeyd edib ki, sözügedən istiqamətdə yollarda hər hansı qapanma yoxdur, hazırda yolda təmizləmə işləri yekunlaşmaq üzrədir.
21:26
Lökbatan-Qobu yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hərəkətdə olan yük avtomobili idarəetməni itirib və yoldan çıxaraq aşıb.
Xəsarət alanlar barədə məlumat yoxdur.
