Fransanın PSJ klubu özünün qarışıq döyüş növləri üzrə komandasını yaratmağa hazırlaşır.
“PSJ MMA” adlanacaq layihədə rusiyalı keçmiş UFC döyüşçüsü Həbib Nurməhəmmədovun da yer alacağı bildirilir. Onun klubun prezidenti Nasser El-Xelaifi ilə yaxşı münasibətləri var.
Qeyd edək ki, PSJ-də futbolla yanaşı, həndbol və cüdo bölmələri də mövcuddur.
Mənbə: football.fr
Rəylər