Bir neçə gün öncə paytaxtın rayon polis idarələrindən birində intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə martın 8-də olub.
Cinayət Məcəlləsinin 177.2.2 maddəsi ilə (oğurluq, təkrar törədildikdə) axtarışda olan 1987-ci il təvəllüdlü Azər Qəmbərli özünü asıb.
Belə ki, martın 8-də saat 16 radələrində Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılan A.Qəmbərli özünü öldürmək üçün dəsmaldan istifadə edib. O, əl-üz dəsmalını hissələrə bölərək kəndir şəklinə salıb və havalandırmanın dəmir barmaqlığından özünü asaraq intihar edib.
Səbail polisindən faktı təsdiqləyiblər.
İş üzrə araşdırma aparılır.
E.Ə.
www.oxu.az