Azərbaycanda kolbasanın içindən milçək çıxıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, şikayətçi Səbinə Yunisova başına gələn hadisəni bölüşüb.
O bildirib ki, Yasamal rayonunda marketlərdən birindən kolbasa alıb. Evdə kolbasanı doğradıqda isə belə bir mənzərə ilə rastlaşıb:
"Səhər saatlarında marketə gedərək övladım üçün səhər yeməyi hazırlamaq üçün kalbasa aldım. Evə gəldikdə dəhşətə gəldim", - deyə şikayətçi bildirib.