Təmas xəttində on gündür ki, nisbi sabitlikdir.
Oxu.Az xəbər verir ki, bu barədə Новости-Азербайджан-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətində bildiriblər.
İyul ayının 31-dən avqust ayının 1-nə keçən gecə Ermənistanın Silahlı qüvvələrinin təxribat qrupu Ağdam və Tərtər rayonu ərazisində Azərbaycan və erməni qoşunlarının təmas xəttini keçməyə cəhd ediblər. Azərbaycan SQ sayıqlığı nəticəsində düşmənin yaxınlaşdığı sezilib və təxribatın qarşısı alınıb. Hər iki tərəf itki verib.
Bu atəşkəs elan olunan son 20 ildə ən ciddi insident idi və cəbhə xəttində gərginliyin artmasına səbəb oldu. Gendəlik olaraq Azərbaycan mövqeləri 150-200 dəfə atəşə tutulurdu.
Ermənistan silahlı qüvvələri avqust ayının 22-nə keçən gecə də atəşkəs rejimini pozublar.
Dünən və bu gecə Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxlar və Gorabnboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərimiz atəşə tutulub.
“Erməni SQ tərəfindən atəşin sayı dəqiqləşdirilməyib, belə ki, atəşkəsin pozulması 10 dəfədən çox olmayıb”, - Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.