Mərkəzi Qan Bankı, Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyası Bakıda Park Bulvarda könüllü və təmənnasız qanvermə aksiyası keçiriblər.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, aksiyada 105 nəfər insan qan verərək uşaqların həyatının xilasına səbəbkar olub. Toplanan qanlar sabahdan etibarən irsi qan xəstələrinin müalicəsində təmənnasız istifadə ediləcək.
Xatırladaq ki, havaların isti keçməsi və Müqəddəs Ramazan ayı daxil olandan sonra qan verən insanların sayına ciddi təsir edib. Hazırda Mərkəzi Qan Bankında o cümlədən, digər xəstəxanalarda qan qıtlığı var. İrsi qan xəstəliklərindən əziyyət çəkən insanlara mütəmadi qan köçürülməlidir, əks halda həyatı təhlükələri var.
Bu səbəbdən də müvəqqəti yaranan qan qıtlığının aradan qaldırılması üçün qanvermə aksiyaları keçirilir.